Paşot

Son güncelleme: 18.04.2012 02:35
  • Paşot terifi ve terkibi - Paşotun hazırlanması

    noimage

    Tərkibi:

    yumurta
    duz
    istiot
    göyərti
    qida plyonkası
    sap
    mil (milçə, qarmaq)

    Bir fincanın içinə qida plyonkası döşəyin. Bitki yağı ilə yağlayın. Bu, yumurtanın yapışmaması üçündür.

    Yumurtanı bu fincanın içinə qırın. Duz, istiot vurun. Plyonkanın qıraqlarını büzün, iplə boğça kimi bağlayın. Çalışın, içində boşluq qalmasın. İpi milə (milçəyə) keçirin.

    Qazançanın 1/4-i qədər içinə su tökün. Ocağın üzərinə qoyun. Qabarcıqlar çıxmağa başlayanda yumurta keçirdiyiniz mili qazanın üstünə qoyun. Yumurta suya düşməməlidir. O, qaynayan suyun üzərində bişməlidir. Qazanın qapağını örtüb yumurtanı 5-7 dəqiqə buxarda bişirin.

    Hazır olanda yumurtanı buz kimi suyun içinə salın, sonra isə plyonkanı ehtiyatla çıxarın. Əgər yumurtanı düzgün hazırlamısınızsa, o zaman yumurtanın sarısı maye halında qalacaq.

    İstəyə görə paşot yumurtanın içinə xırda doğranmış tərəvəz, göyərti, pendir, hətta kolbasa və ya vetçina da əlavə etmək olar.

    Paşot yumurtanı, adətən, başqa yeməklərin tamamlayıcısı kimi hazırlayırlar, məsələn, bulyonun içinə salır, yaxud «Sezar» salatı ilə birlikdə süfrəyə verirlər.

    Nuş olsun!
#18.04.2012 02:35 0 0 0
  • Paşot Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.