Ancelina Coli və Bred Pitt toylarını qəsrdə edəcəklər – FOTO

Son güncelleme: 19.04.2012 23:33
  • noimage

    Məşhur Hollivud ulduzları Ancelina Coli və Bred Pitt toyları üçün məkan seçiblər. Lent.az-ın Rusiyanın “neva24.ru” saytına istinadən verdiyi məlumata görə, cütlük toylarını Fransanın Provans əyalətində yerləşən 16-cı əsrdə tikilmiş Miravel qəsrində etməyi planlaşdırır. Cütlük toyun keçiriləcəyi tarixi gizli saxlayır.


    Qeyd edək ki, sözügedən qəsr bir neçə il əvvəl milyonlarla vəsaitə yenidən təmir edilib.
    Cütlük artıq övladları ilə toy keçirilən məkanı ziyarət edib. Onlar bu məkanda toy etmək üçün yerli icra hakimiyyəti orqanlarından icazə alıblar. Artıq toya çağırılacaq qonaqların sayı da bəllidir. Toyda 300 nəfərin iştirak edəcəyi deyilir. Toyda Bred Pittin valideynləri, bacı və qardaşı da və Colinin uzun müddətdir ki, küsülü olduğu atası da qatılacaq.

    Aktrisanın nişan üzüyü də mətbuatda görüntülənib. Məlumata görə, almaz qaşlı nişan üzüyünün qiyməti 250 min dollar dəyərindədir.

    Xatırladaq ki, Ancelina Coli və Bredd Pittin hazırda 6 uşağı var. Bu uşaqlardan 3-ü övladlığa götürülüb.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage
#19.04.2012 23:33 0 0 0