İnternetdəki ixtisaslaşmış saytlarda onlayn-məsləhətlər alan xanımların yarısı həkimlə məsləhətləşməmiş dərman alır. Bunun nəticəsində belə qadınların hər 10 nəfərindən birində xəstəlik daha da ağırlaşır.
İnternetlə qoyulmuş yanlış diaqnozlar arasında ən geniş yayılanları süd vəzi xərçəngi və başqa onkoloji xəstəliklər, hipertoniya, astma, artrit, depressiya, şəkərli diabet, cinsi sağlamlıqla bağlı problemlər və qalxanabənzər vəzin xəstəlikləridir.
Qadınların internetdə çarə aradıqları xəstəlik və problemlər arasında ilk yerlərdə yuxusuzluq, başağrısı, depressiya, əndişə, əzələ spazmları, qarın ağrıları, əzələlərdə xroniki ağrılar, yorğunluq, qaşınma, dərinin izafi hissiyyatıdır.