Ənəs min Malik (R.Ə.) izah edir: Gözləri görməyən yaşlı bir xanımın Saib adında bir gənc oğulu vardı. Daha həyatının baharında olan bu cavan Mədinə vəbasına tutulmuşdu. Uzun zaman xəstə yatdı. Bir gün cavanın ziyarətinə getdik. Lakin təəssüf ki, biz orada ikən cavan ruhunu təslim etdi. Bizdə gözlərini bağladıq və üzərinə paltarını örtdük. İçimizdən biri anasına:
- Onun üçün Allaha dua et. dedi. Anası:
- Amma o öldü. dedi. Biz:
- Olsun sən yenə də dua et. dedik. Bunun üzərinə qadın uşağın ayaq ucuna oturdu, ayaqlarını tutdu və:
- Allahım, mən istəyərək sənə iman etdim. Səndən qorxduğum üçün, bütləri buraxdım. Arzumla sırf sənin üçün hicrət etdim. Allahım, bütə tapınanları mənə güldürmə, gücümün çatmayacağı bu yükü mənə yükləmə. deyə dua etdi.
Allaha and içərəm ki, qadın sözünü bitirər bitirməz, uşaq ayaqlarını tərpətməyə başladı. Sonra da üzündən örtünü atdı. Rəsulullah (Ə.S.) və anası vəfat edənə qədər də yaşadı.