[HR][/HR][HR][/HR]İçimdəki uşağı itirdim dünən gecə…
Qaranlıq bir basqında,terrorist hisslər tərəfindən döyə döyə öldürüldü.
Fəryadı saatlarla ürəyimdə əks-sədalandı,qışqırıqları yeri göyü inlətdi
də bir əl uzatmadım.Səssizcə izlədim acı çəkməsini.
Yəni o uşağı mən öldürdüm əslində.Mən bəslədim o özgə duyğuları,
mən böyütdüm.Bir zəhərli sarmaşıq kimi ruhumu örtməsinə
mən icazə verdim.Susdum çox vaxt,talehi görməməzlikdən gəldim.
Sonunda bitdi oyun, vaxt tükəndi.İndi nə qədər ağlasam,
nə qədər peşman olsam da boş.
Gedən getdi könüldən,bitən bitdi.
Nə o uşaq oyanar soyuq yuxudan,
nə saflığın izləri meydana çıxar gözlərimdə bir daha.
Hər gün eyni səhnələr yazılıb, çəkilir zehnimdə.
Qarşımda naməlum uzanan bir yol; incə və nəfəssiz.
Arxamda isə günahlarım, addım-addım kölgəmə yaxınlaşmaqda…
Mən başını göyə dikmiş, haqqımda veriləcək fərmanı gözləyirəm.
Bir səs çatacaq sanki ölməmə, bir işıq tutub çəkəcək buralardan.
Ağlım hisslərimə qarışmış. Hər şey iç-içə keçmiş, hər bir şey naməlum.
Onlarla üz gəlib keçir qarşımdan, hamısı bir-biri ilə eyni.
Onlarla baxış dolanır ruhumda. Bir o qədər söz böyüyür qulağımda,
çoxu səs-küy və sevda köhnəsi. Qılınc kimi enir peşmanlıqlar və
ürəyim məğlub olur hər döyüşdə.
Gedərək sahibsiz və aciz hiss edirəm özümü. Mənliyim azalır zamanla birlikdə.
Təkliyimi etiraf edirəm… Səsimi eşidən gəlir yanıma, varlığ(ım)a ortaq olur.
Müvəqqəti xoşbəxtliklər dolur hüceyrəmə, möhtəşəm simalar…
Kobudluğumu eşidən qaçır uzağıma qopan təsbehin muncuqları kimi…
Başa düşmürəm… "Dayan" desəm də qalmayanlar bir parça aparır məndən,
bir iz buraxırlar ruhumda. Unuda bilmirəm…
Atəş, yolu örtdüyündə isə kimsə olmur. Zülmün ən dərin,
gecənin ən isti olduğu an gəlincə qalxır həqiqətlə aramdakı pərdə.
Gerçəklərlə üz-üzə saatlar başlayır. Sonu gəlməyən cavabsız suallarla üzləşmələr…
Ağlım yorulana qədər sürür bu işgəncə.Yaddaşım fərarilik etmək üzrə ikən
bir kiçik ölüm öpür dodaqlarımdan. Deyərkən bir kimsəsiz yuxu daxil olur otağıma.
Və eyni nəfəsin qoxusunda oyanıram günə.
Gecəsində eyni yuxunun görüləcəyi bir günə başlayıram.
[HR][/HR][HR][/HR]
Alıntı..