Azərbaycan şou-biznesinin ən özündənrazı nümayəndəsi olan müğənni İzzət Bağırov parodiyalardan gileylənib.
Lent.az-ın məlumatına görə, müğənni öz xasiyyəti ilə parodiyadakı ünvan arasında fərqlərdən danışıb: “Mənim özümdən razı kimi görünməyimin əsas səbəbi parodiyaçıların İzzət Bağırovu o cür təlqin etmələridir. Həyatımda brilyant qaşlı üzüyüm olmayıb, heç vaxt 1000 manatlıq telefon almamışam. Amma parodiya zamanı tam əksi olur”.
Müğənni bu halların məqsədyönlü ola biləcəyinə də işarə edib: “Həyatda çox haqsızlıqlarla qarşılaşıram. Bilirəm ki, məni sevməyənlər, isti xörəyimə soyuq su tökmək istəyənlər var. Onlardan şikayətçiyəm”.