Mən sağ olduğum müddətcə Quranın bəndəsiyəm
Mən, Seçilmiş Məhəmmədin yolunun torpağıyam
Əgər biri məndən bundan başqa söz nəql etsə
Mən ondan da bizaram, nəql etdiyi sözlərdən də bizaram.
Həsən Əli Ucalın mənzum tərcüməsi belədir:
"Can bədəndə var olduqca qulum Qurana,
Yol toprağıyam Peygamberi zişana,
Haqqımda bunun zidd idinə danışsa biri,
Vay bu sözə, vay belə deyən insana..."
Allaha təkrar təkrar and içərəm ki,
Bu məna (Məsnəvi),
Günəşin doğulduğu yerdən, batdığı yerə qədər bütün dünyanı örtəcək,
Və bütün ölkələrə çatacaq.
Heç bir məhfil və məclis olmayacaq ki orada Məsnəvi oxunmuş olmasın.
Hətta o dərəcəyə çatacaq ki,
Məbədlərdə, zövq u səfa yerlərində oxunacaq;
Bütün millətlər bu sözlərlə bəzənəcək və onlardan faydalanacaq.
Gözəl söylə də xalq, əsrlər boyunca oxusun.
Tanrının toxuduğu parça nə köhnələr, nə köhnələr.
Mən kiliddən səslənən bir qapı açarı kimiyəm sanki.
Sanarsanmı ki mənim sözüm yalnız bir sözdür.
Ey oğul, hər kəsin ölümü öz rəngindəndir. Düşmənə düşməndir, dosta dost!
Ayna Türkə nəzərən gözəl bir rəngdədir. Zənciyə nəzərən o da zəncidir.
Ey can, ağılını başına yığ. Ölümdən qorxub qaçarsan ya; doğrusu sən, özündən qorxmaqdasan.
Gördüyün, ölümün üzü deyil, öz çirkin üzün. Canın bir ağaca bənzər; ölüm onun yarpağıdır.
Yaxşıdırsa da səndən yetişmiş, yaşıllaşmışdır; pisdirsə də. Xoş naxoş.. könülünə gələn hər şey səndən, sənin varlığından gəlir.
Bizim sözlərimizin hamısı nağd, başqalarınınkı nəqldir.
Nəql, nakdin feridir.