İngiltərədəki Bristol Universitetinin alimlərinin fikrincə, ağrı orqanizmi stimullaşdırır və onu daha tez bərpa olmağa vadar edir.
"The Telegraph"a istinadən bildirir ki, araşdırmanın nəticələri morfi vurulmuş ürək xəstələri arasında başqa, analoji xəstəliyi olan adamlarla müqayisədə ölüm hallarının daha yüksək olmasını izah edir.
Orqanizmdə ağrı hiss ilə bağlı olan "P substansiyası" adlı molekul ürək ağrıları zamanı ürəkdəki sinirlərdən azad olur. Həmin molekul zədə zonasını bərpa etmək üçün lülə hüceyrələrini özünə cəlb edir.
Zədəli zonaya çatan lülə hücyoələri isə ürəyin qanla normal təminatını saxlamaq üçün yeni qan daramlarının yaradılmasına başlayırlar.
Bristol Universitetinin eksperimental kardiologiya fakultəsinin dekanı, professor Paolo Madeddu deyib: "Bu səbəbdən də ürəktutmadan sonra ürək toxumalarını bərpa edəcək yeni terapiyanın yaradılmasına ehtiyac var".