Tanınmış teleaparıcılar İlkin Həsəni və Nanə Ağamalıyevanın “Facebook” sosial şəbəkəsində yayılmış kifayət qədər səmimi fotoşəkilləri və yazışmaları istifadəçilərin nəzərindən qaçmayıb.
Lent.az-ın məlumatına görə, Nanə Ağamalıyeva və İlkin Həsəni səmimi etirafları ilə ətrafdakıların marağına səbəb olub, hətta şübhələr yaradıblar. Nanənin şəklinə həsrətlə baxan Həsəni, onsuz darıxdığını şəklin altına yazdığı şərhdə etiraf edib. Digər fotonu isə Ağamalıyeva belə təqdim edib: Bir-birimizdən xəbərsiz sarı geyinmişik...
Tərəflər sonra bu söhbəti zarafatca etdiklərinə işarə vursalar da, atalar demişkən, od olmayan yerdən tüstü çıxmaz...