Min bir dərdə dərman olan sarımsağın daha bir faydalı xüsusiyyəti üzə çıxıb. Sən demə onun tərkibində olan bir maddə qida zəhərlənməsində ən çox istifadə edilən iki antibiotikdən 100 dəfə daha güclüdür.
Sarımsaqdakı dialil sülfid maddəsi zəhərlənməyə yol açan və bakteriyaların yox edilməsini çətinləşdirən maddələrlə asanlıqla mübarizə aparır. Bu kəşf qida zəhərlənmələrinin müalicəsində yeni bir müalicə üsulu aça bilər.
Vaşinqton Universitetinin mütəxəssisi Maykl Konkel bunun çox önəmli bir kəşf olduğunu deyib. "Sarımsağın tərkibindəki maddə onun qida və bakteriya zəhərlənməsi müalicələrindəki potensialını göstərir".