Az yediyimiz ən faydalı 7 qida

Son güncelleme: 19.05.2012 20:54
  • Sağlam heyat terzi - Az yediyimiz ən faydalı 7 qida nelerdi?

    Təbiətdə şəfa anbarı olan, sağlamlıq verən ancaq az yediyimiz 7 qida...

    New York Times, internet saytında yeməkdən qaçdığımız, ancaq sağlamlığa ən faydalı 7 qidanı açıqladı. Həmin 7 qida...

    Çuğundur: Qırmızı rəngini verən pigmentler xərçəngə qarşı döyüşər.
    Qırmızı çuğundur, Qaraciyərin müntəzəm işini təmin edər.
    Qan azlığını aradan qaldırar.
    Şəkər xəstəliyi və vərəmə qarşı qoruyar.
    Mədə və bağırsaqları qüvvətləndirər.
    Sinirləri sakitləşdirər.
    Bədəni qüvvətləndirər.

    Kələm: Xərçənglə döyüşən fermentləri hərəkətə keçirən sulforaphane adlı kimyəvi maddə ehtiva edər.
    Bədən müqavimətini artırar.
    İmmunitet sistemini gücləndirər.
    Mikrob öldürücüdür.
    Asma xəstəliyi və qan azlığı olanlara faydalıdır.
    Öskürəyi kəsər, bəlğəmi azaldar.

    Darçın: Qan şəkəri və xolesterola nəzarət etməyə köməkçi olar.

    Nar suyu: Antioksidant baxımından zəngindir.
    Təzyiqi salar.
    Xərçəngdən və cinsi problemlərdən qoruyar.

    Quru ərik: Trkibində yüksək miqdarda antioksidant ehtiva edər.
    Yaddaşı gücləndirir.

    Balqabaq çəkirdəyi: Yüksək mineral nisbəti erkən ölüm riskini azaldar.
    Minerallar, yağlar və zülal baxımından zəngindir.
    Sink, balqabaq çəkirdəyini ümumiyyətlə kişi və qadın üçün xüsusilə əhəmiyyətli edər.
    Yaxşı xasiyyətli prostatı böyümüş kişilərin prostatının böyüməsini dayandırmaq üçün istifadə edilər.

    Balqabaq: Kalori dəyəri aşağı, immunitet sistemini gücləndirən A vitamini baxımından zəngindir.
    Uzun müddət tox saxlayır.
    Sidik qovucudur.
    Böyrək iltihablarını təmizləyər.
    Mədə və bağırsaqlara yumşaqlıq verər, qəbizliyi aradan qaldırar.
    Yüksək təzyiqi salar.
    Sinəni yumşaldar, öskürəyi kəsər.

    alıntı...
#19.05.2012 14:32 0 0 0
  • Balqabaga,balqabaq ceyirtdeyine nifret edirem.Digerlerini azdan-coxdan yeyirem.Melumata gore sagol.
#19.05.2012 17:35 0 0 0
  • teşekkürler .....
#19.05.2012 20:54 0 0 0