Bu gün Türkiyənin paytaxtı Ankarada Güney Azərbaycandan olan 100 nəfərə yaxın şəxs İran səfirliyinin qarşısında aksiya keçirib. Lent.az-ın “Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, soydaşlarımız İranda azərbaycanlılara qarşı təzyiq və təcrid siyasətinə qarşı şüarlar səsləndiriblər. Türk polisi nümayişçilərin səfirlik binasına 100 metrdən artıq yaxınlaşmasına icazə verməyib. Burada aksiyanın qətnaməsi oxunub.
Qətnamədə İran hökumətindən 2006-cı ilin may olaylarına görə üzr istənilməsi, ölən və yaralananların ailələrinə təzminat ödənilməsi, doğma dildə təhsil hüququ verilməsi, İranın tarix kitablarında türklərə qarşı qeydlərin çıxarılması, yer adlarının dəyişdirilməsinin dayandırılması və s. tələb olunub.