Ekizler burcu

Son güncelleme: 21.05.2012 15:28
  • Ekizler burcu - Ekizler burcu Haqqında - Ekizler burcu 2012

    noimage

    Sağlamlıq. Qara əjdahanın ilində əkizlər bürcündən olanlar işləri yerinə yetirmək üçün böyük potensiala malik olacaqlar, çünki onlar bu ilə yüksək sağlamlıqla daxil olacaqlar. Amma əkizlər güclərini enerjilərini düşünmədən xərcləməyə başlayacaqlarsa, yazdan sonra sağlamlıq cəhətdən onlar üçün çox çətin olacaq. Ona görə də enerjini sistematik olaraq sərf etmək və həmişə gümrah qalmağa çalışmaq lazımdır. Gümrah olmaq üçün yenə də yüngül idman hərəkətləri, səhər gəzintiləri yardım ola bilər. Onda orqanizmin ehtiyatları bərpa olacaq, və əhval-ruhiyyə gümrahlıq və optimizm sizi tərk etməyəcək, ən yaxşı yolla həyatın bütün sferalarında əks ediləcək. Müntəzəm fiziki tapşırıqları payızda etməyi də unutmaq olmaz.

    Karyera. Keçən illə müqayisədə sizin gəliriniz əhəmiyyətli dərəcədə artacaq, amma bunun üçün siz çox çalışmalı olacaqsınız. Bu öz karyeranızda daha sakit inkişaf planını hazırlamağa icazə verəcək. Karyeranızda fəallaşma daha çox aprel və may aylarında gözlənilir. Qeyd edək ki, ticarətçi əkizləri payızın ortalarında daha böyük nailiyyətlər gözləyir.Amma bütün bunlara baxmayaraq 2012-ci il əkizlər bürcündən olanlar üçün koryerada hamını heyrətə gətirəcək qədər də nailiyyətlər vəd vermir, amma bu həyatınızda heç də mənfi təsir etməyəcək. Əksinə daha böyük təcrübələr qazandıracaq. Və işdə sizə lazım olan nüanslardan biri də odur ki, öz emosiya və aqressiyalarınızı özünüzdə saxlayın, çünki bu kimi hissləriniz iş yoldaşlarınızla münasibətləri korlaya bilər. Bu mövzuda ən gərgin ay, xüsusilə, avqust ayının ikinci yarısında olacaq.

    Maliyyə. Pul məsələlərinə gəlincə, 2012-ci il Əkizlər üçün çox uğurlu il hesab olunur. Onların gəlirləri sabit olacaq və əsasən heç bir azalma müşahidə olmayacaq. Pula olan məhəbbətiniz, həvəsiniz xöşbəxtlikdən sizə daha da çox pul qazandıracaq. Xarici şərait sizin üçün əksinə ehtimal etdiyinizdən də xeyirli və gəlirli olacağı gözlənilir. Hətta işdən olan qazancdan əlavə sizi təsadüfi gəlirlər də gözləyir.

    Şəxsi həyat. Hər halda əks cinslə münasibətlərin necə olmasından asılı olmayaraq, yeni ildə bu münasibətlər 2011-ci ildəkinə nisbətən daha yaxşı olacaq. Subay əkizlər ilin sonunda özlərini gözəl romantik hisslərlə dolu bir atmosferdə görəcəklər. Evli əkizlər isə öz ailələrinə avqust və sentyabr aylarında daha çox vaxt ayırsalar və maraqlı bir tətillə rəng qatsalar münasibətlər daha da yaxşılaşacaq. Bu il əzizlər şəxsi həyatlarından daha böyük zövq ala biləcəklər. Amma bəzi həllini tapmamış suallar bu ildə olacaq, siz sevilmək üçün böyük tələbat hiss edəcəksiniz və bu tələbatlarınız da ödəniləcək.

    Münasibətlər. Ulduzlar sizə şəxsi münasibətlərlə maddi durumu qarışdırmamağı məsləhət görür. Siz daha çox şəxsi fikir və hislərin, mənəvi rahatlığın nizamlanması ilə məşğul olsanız daha rahat olacaqsınız, nəinki başqalarının problemlərini həll etməklə.
#21.05.2012 14:44 0 0 0
#21.05.2012 15:28 0 0 0