Ermənistan da daxil olmaqla, 46 ölkəyə Bakıdan canlı yayım - FOTOLENT

Son güncelleme:
  • Show Biznes Xeberleri - Eurovision 2012

    noimage


    Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision 2012” Mahnı Müsabiqəsinin şouları 46 ölkədə yayımlanacaq. Lent.az-ın “eurovision.az” saytına istinadən verdiyi xəbərə görə, bunlar builki müsabiqədə iştirak edən 42 ölkə, eləcə də Avstraliya, Qazaxıstan, Ermənistan və Kosovo ərazisidir.

    Qeyd edək ki, “Eurovision 2012”-nin iki yarımfinalı və finalı mayın 22, 24 və 26-da keçiriləcək.

    Hər yarımfinal mərhələsində 18 ölkə iştirak edir və hər mərhələdən finala keçmək uğrunda 10 ölkə mübarizə aparacaq. “Eurovision” şouları Mərkəzi Avropa vaxtı ilə saat 21.00-da, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

    Hazırda “Bakı Kristal Zalı” və Mətbuat Mərkəzi şou üçün tam hazırlıqlı vəziyyətə gətirilib. Müsabiqəni işıqlandıran yerli və xarici jurnalistlər öz yerlərini alaraq, şou barədə xəbərlər yayımlayırlar.

    Jalə

    noimage

    noimage

    noimage

    noimage
0 0 0