Tarixde Bugün - 22 May

Son güncelleme:
  • Tarixde Bugün - 22 May

    noimage

    22 may. İlin sonuna 224 gün qalır.

    1856. Moskvada Tretyakov qalereyasının açılışı olub

    1859. Şotland yazıçısı Artur Konan Doyl anadan olub

    1885. Fransız yazıçı Viktor Hüqo vəfat edib

    1908. Rayt qardaşları təyyarəni (daha doğrusu uçan vasitə) patentləşdirib

    1914. Britaniya Fars körfəzində neft məsələlərini idarə etmək hüququ əldə edib

    1918. Rejissor Mehdi Məmmədov anadan olub

    1927. Çinin Ksininq əyalətində zəlzələ 200 000 insanın həyatına son qoyub

    1937. Bəstəkar Aqşin Əlizadə anadan olub

    1940. “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı təsis edilib

    1967. Brüsseldə binada baş verən yanğın nəticəsində 320 nəfər həlak olub

    1972. Riçard Nikson SSRİ-yə gəlib və tarixə Sovet İttifaqına rəsmi səfərə gələn ilk ABŞ prezidenti kimi düşüb

    1990. Şimali və Cənubi Yəmən birləşib

    1990. Prezident Ayaz Mütəllibovun fərmanı ilə 28 May “Azərbaycan dövlətçiliyinin bərpası günü” elan edilib

    1995. Azərbaycan Respublikası Laos ilə diplomatik əlaqələr qurub

    1996. Azərbaycan Respublikası Liberiya ilə diplomatik əlaqələr qurub

    2006. Cənubi Azərbaycanın böyük şəhərlərində mətbuatda türkdilli əhalini təhqir edən karikaturanın dərcinə etiraz olaraq nümayişlər keçirilib.
0 0 0