Türkiyənin məşhur şou aparıcısı Acun Ilıcalının qaşı partlayıb.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, olay dünən axşam Acun və müğənni Alişanın Abdi İpekçi İdman Salonunda təşkil etdikləri futbol yarışması zamanı baş verib.
Matçı 250 nəfər izləyib. Acun Tuqay Kərimoğlunun olduğu komandada, Alişan isə keçən ay müğənni Demet Akal ilə ailə həyatı quran Okan Kurt ilə eyni komandada sahəyə çıxıblar.
Oyuna sürətli başlayan tərəf Alişanın komandası olsa da, qalibiyyət Acun Ilıcalının komandasına nəsib olub. Matçın bitməsinə 5 dəqiqə qalmış rəqib komandanın oyunçusu ilə toqquşan Acunun qarı partlayıb. Yoldaşlarının və həkimlərin yardımı ilə sahədən kənara çıxarılan aparıcının narahatlığı diqqətdən qaçmayıb. Həkimlərin müdaxiləsindən sonra yaranın ciddi olmadığını anlayan Acunun kefi qalibiyyətin verdiyi ruh yüksəkliyi ilə yerinə gəlib...