Manaf Ağayev aparıcını döymək istədi - VİDEO

Son güncelleme: 02.06.2012 13:14
  • Show Biznes Xeberleri

    noimage

    “Space” telekanalında yayımlanan “Yalan-Doğru” verilişinin növbəti çəkilişində qonaq olan tanınmış müğənni Manaf Ağayev qalmaqal yaradıb. Lent.az-ın məlumatına görə, aparıcı Vüqar Hüseynovun təqdimatı ilə baş tutan verilişdə müğənni bir çox məsələyə aydınlıq gətirib. Detektora bağlanan Manaf Ağayev bizneslə bağlı ona 250 min dollar pul atıldığını etiraf edib. Bundan başqa, müğənni toyu içkili vəziyyətdə idarə etdiyi üçün məclisdən qovulmasının doğru olub – olmamağına aydınlıq gətirib. Həmçinin, müğənni Elton Hüseynovun onu söyüşlə təhqir etməsinə görə müğənnini döyməsi ilə bağlı verilən sualı da cavablandırıb.

    Manaf Ağayevi qeyri-rəsmi münasibətlərdə olmasının doğru olub - olmamağı ilə bağlı sual verilməsi müğənnini özündən çıxardıb. Detektorun naqillərini qolundan çıxaran müğənni verilişi yarımçıq tərk edib. Aparıcı ilə mübahisə edən Manaf Ağayev verilişin aparıcısına qəzəblənib.

    Müğənninin qonaq olduğu və qalmaqalla yadda qalan “Yalan - Doğru” verilişi iyunun 1-də saat 23:00-da “Space” telekanalında yayımlanacaq.

    Qeyd edək ki, verilişin informasiya dəstəyi Lent.az-a məxsusdur.


    Jalə

    [video=youtube;p9lP16LJHJk]http://www.youtube.com/watch?v=p9lP16LJHJk&feature=player_embedded[/video]
#02.06.2012 11:41 0 0 0
  • Bele bir atalar sozu var:sogan yemeyibsen icin niye goyneyir.Ora ekser mugeniler ucun deyil,cunki coxu yalancidir.
#02.06.2012 13:14 0 0 0