Uzaqlarda bir küçə var

Son güncelleme:
  • Uzaqlarda bir küçə var şeri - Uzaqlarda bir küçə var şerin dinle - Həmid Piriyev şeirleri

    Uzaqlarda bir küçə var...
    Orda sən yaşayırsan.
    Hər səhər
    o küçə ilə gedirsən.
    Hər günorta
    o küçə ilə qayıdırsan.

    Uzaqlarda bir küçə var...
    Otağının pəncərəsi o küçəyə açılır.
    Hər gecə
    otağının pəncərəsindən süzülən işıq
    o küçəyə düşür...

    Uzaqlarda bir küçə var...
    Günəşin şüaları
    o küçəyə açılan pəncərəndən boylanıb
    otağını hərarətləndirir.

    Uzaqlarda bir küçə var...
    Əsən küləklər
    o küçəyə açılan pəncərəndəki
    pərdəni yelləəndirir,
    otağını sərinlədir.

    Uzaqlarda bir küçə var...
    Yağan yağışlar
    o küçəyə açılan pəncərəndən süzülən işıqları
    isladır.

    Uzaqlarda bir küçə var...
    O küçənin səkisində
    sənin ayaq izlərin var.
    O küçədəki divarlarda
    sənin əl izlərin var.

    Uzaqlarda bir küçə var...
    Xoşbəxtdir
    o küçəyə düşən günəş şüası da...
    o küçədə əsən külək də...
    o küçəyə yağan yağış da...
    o küçədəki səki də...
    o küçədəki divarlar da...

    Uzaqlarda bir küçə var...


    Müəllif : Həmid Piriyev
0 0 0
  • oo canim cok gozel sozlerdi.heqiqetende "o kuce var yeni" ama sadece varliqindan xeberdariq--o kucede daha neler yasanir o bir sirr!

0 0 0
  • Çox sağolasan canım..Samimi qelbden teşekkürler..beyenen güzel üreyine sağlıqlar dilerim..
0 0 0