Səni düşünürəm...
Yenə külək əsir;
Qəlbim ağrılı...
Səni düşünürəm!
Vaxt sanki dayanıb-
Ürək tələsir!
Səni düşünürəm,
Baxaraq ulduzlu göyə!
Heç bilmirəm özüm də,
Nəyə ümidliyəm, nəyə!?
Gecənin sərinliyi,
Göylərin dərinliyi,
Ağrıların həzinliyi
Ötən illəri salır yada;
Məhəbbət vardı onda bu dünyada,
Səadət vardı dünyada!
Mən vardım, sən vardın bu dünyada!
Biz vardıq...
Birlikdə mehriban olardıq!
Məhəbbətlə, səadətlə,
Xəyallara dalardıq!
Görüşərdik gecələr
Yuxularda, həyatda!
Onda görüş yerimiz,
Bəlliydi kainatda!
Nə tez unutdun məni,
De, niyə atdın məni!?
Qəlbim tənhadır tamam,
Ötüb gedir hey zaman...
Səni düşünürəm!...
Sevməsən də,
eşqimə,
Sədaqətimə inan!