Sabah teleaparıcı Kamilə Babayevanın toyudur

Son güncelleme: 05.06.2012 09:41
  • Show Biznes Xeberleri

    noimage

    Tanınmış teleaparıcı Kamilə Babayeva toy günü bəlli oldu.

    Lent.az-ın məlumatına görə, bir müddət əvvəl nişanlanan cütlük iyunun 6-da münasibətlərini rəsmiləşdirəcək. 37 yaşlı aparıcı 40 yaşlı sevgilisi ilə tanınmış şadlıq saraylarından birində toy çaldıracaq.


    Toyda hər iki tərəfin qohumları, Kamilənin sənət yoldaşları, dostları, şou-biznes nümayəndələri iştirak edəcəklər.

    Qeyd edək ki, Kamilə Babayevanın ailə həyatı quracağı şəxs İbrahim Rzabəyov neftçi ailəsində dünyaya gəlib. Atası Neft Sənayesi Nazirliyində çalışan İbrahim özü də neft şirkətlərinin birində fəaliyyət göstərir. İbrahim Rzabəyov Tibb Universitetini bitirib, daha sonra isə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.

    Jalə
#05.06.2012 09:41 0 0 0