İlk müsəlmanlar - İlk müsəlmanların məruz qaldığı işgəncələr haqqında qısa(1)
BİLAL HƏBƏŞİ
Məhəmməd Peyğəmbəri ( s.ə.s) müəzzini olmaqla,buna görə də beş vaxt namazda hər zaman xatırlanmaq şərəfi qazanan zənci idi.
O, Ümeyyə ibn Xələfin köləsi idi.
Sahibi Ümeyyə İslamın ən böyük düşmənlərindən olduğu üçün yazıq köləni qızmar qumların üstünə yatıraraq, sinəsinə daşlar yığır və sonra da ona " müsəlmanlığı rədd etməsə , öldürəcəyi" ilə hədələyir.
Bütün bu işgəncələrə baxmayaraq, o öz əqidəsindən dönmür və hər dəfəsində " ALLAHU ƏKBƏR" deyərək qışqırırdı.
İman bütün işgəncələrə qalib gəldi.
Bu zülümləri ilə Bilalın imanından ayrılmayacağını görən Ümeyyə onun boynuna ip keçirərək, Məkkənin bir başından o biri başına sürüyür.
Bu vəziyyətdə də Bilal Allah yolundan dönmür və onun sürüdükcə yenə də " ALLAH BİRDİR!" - deyə qışqırır.
Əbu Bəkir Ümeyyəyə pul verərək, Bilalı alır və işgəncədən qurtarır.
Bilal müsəlmanlarla birlikdə bütün döyüşlərdə iştirak etmişdi və öz yanıqlı səsi ilə azan oxuyaraq onları beş vaxt namaza dəvət edirdi.