Onu nə qədər çox sevdim

Son güncelleme: 18.06.2012 13:43
  • Hekaye - Hekayeler - Onu nə qədər çox sevdim hekayesin dinle

    [HR][/HR][HR][/HR]

    Rahib qəbiristanlıqdakı işini bitirmək üzrə idi. O anda əlli illik arvadını itirən 78 yaşındakı kişi: " Onu nə qədər çox sevdim" deyərək qışqıra qışqıra ağlamaya başladı. Yaşlı adamın yaşlı səsi mərasimin səssizliyini pozmuşdu. Məzar başındakı digər ailə fərdləri və dostlar çox təəccüblənmişdilər, kişinin bu hərəkətinə görə utanırdılar. Uşaqları atalarını sakitləşdirməyə çalışırdılar: «Yaxşı, ata. Səni anlayırıq.» Yaşlı adam qazılan məzara yavaş yavaş enən tabuta baxırdı… Rahib mərasimə davam etdi. Mərasimin sonunda, ailə fərdlərini ölüm mərasiminin bağlanışı olaraq tabutun üstünə torpaq atmağa çağırdı. Yaşlı adam xaricində hamısı sırayla torpaq atdılar. Yaşlı adam hələ də: «Onu nə qədər çox sevdim» deyə danışırdı. Qızı və iki oğlu yaşlı kişini susdurmaq istədilər, amma o davam etdi, «Onu sevmişdim !»

    İzdiham qəbiristanlığı tərk etməyə hazırlaşarkən, yaşlı adam getməmək üçün müqavimət göstərirdi. Gözlərini məzara dikib baxırdı. Rahib yaxınlaşdı: "Özünüzü necə hiss etdiyinizi bilirəm, amma artiq getmək vaxtıdı. Buradan ayrılmalı və özümüzü həyatın axışına buraxmalıyıq ." dedi. Yaşlı adam çarəsizlik içində bir dəfə daha «Onu nə qədər çox sevdim .»dedi «Məni anlamırsınız ,» dedi rahibə «amma mən bunu ona yalnız bircə dəfə söyləyə bildim .»

    [HR][/HR][HR][/HR]

    Alıntı...
#08.06.2012 22:16 0 0 0
  • beli gec olmadan sevdiklerinize ONU ÇOX SEVDİYİNİZİ söyleyin
#12.06.2012 07:56 0 0 0
  • hemise bele olur!itirdikden sonra deyerini bilirik!niyese hemise ama hemise bele olur!o elimizde ,yanimizda iken sanki hemise bele olacak kimi ciidi ya almiriq,.ama bir soz var deyirki-zamaninda SEVIREM-sozunu deyin zamaninda,..........cok saqol canim!
#18.06.2012 06:24 0 0 0
  • of cox gözel hikayee
    eline saglık canm
#18.06.2012 13:43 0 0 0