Bu gün müğənni Xatirə İslamın toyudur. Lent.az-ın məlumatına görə, müğənni bu gün sevdiyi Fəxrəddin adlı şəxslə münasibətlərini rəsmiləşdirəcək.
Bakıdakı məşhur restoranların birində keçiriləcək toy mərasimində şou-biznesin tanınmış nümayəndələri iştirak edəcək. Toyunda çəkilişə icazə verməyəcəyini deyən müğənni öz “Facebook” səhifəsində ilk toy fotosunu paylaşıb. O, yaxın dostu, müğənni Nicatla birgə çəkdirdiyi fotoya “bütün subaylar üçün olsun” yazıb.
Qeyd edək ki, müğənni hazırda hərbi sahədə çalışan Fəxrəddinlə mayın 11-də nişanlanıb.