Qida zəhərlənməsi haqqında - Qida zəhərlənməsinının elametleri - Qida zəhərlənməsindən necə qorunaq?
Zəhərlənmələrə tək Bakıda deyil, bölgələrdə də rast gəlinir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev açıqlamasında bildirdi ki, qida zəhərlənməsi hər zaman mümkündür. Şöbə müdirinin fikrincə, zəhərlənmənin mövsümlə əlaqəsi yoxdur. Amma mövsümi günlərdə zəhərlənmə riski artır.
İ.Abdullayev qeyd etdi ki, yay aylarında qidadan zəhərlənmə riski daha çoxdur. Ancaq qida düzgün saxlanılmırsa, bu risk mövsümdən asılı olmayaraq olur.
Yay aylarında qida zəhərlənməsindən qorunmaq üçün qidanı düzgün qəbul etməyin lazımlığını vurğulayan İ.Abdullayev məsləhət görür ki, qida termiki emal tələb edirsə, soyuq mühitdə saxlanması vacibdirsə, yuyulmaq tələb olunursa, bunlara əməl edilməlidir: “Göyərti, tərəvəz suyun altında mütləq yuyulmalıdır. Hər bir qidaya uyğun gigiyena şərtinə əməl olunduqda, zəhərlənmədən qaçmaq mümkündür”.
Şöbə müdiri əlavə etdi ki, istənilən bitki məmulatından düzgün aqrokimyəvi qaydalara riayət olunmayıbsa, kimyəvi zəhərlənmlərin baş verməsi mümkündür. Belə zəhərlənmə Azərbaycanda hələlik qeydə alınmayıb. Ancaq bu ilin 4 ayı ərzində məişətdə baş vermiş qida zəhərlənmələrinin sayı 300-dən artıqdır.