Hər gün keçdiyin yolları bir daha keçirsən...Ətrafına baxaraq baxdığın hər səkiyə bir daha baxırsan...Soyuq baxışlarla bir zaman gülümsəyərək xoş xəyalları bölüşdüyün o anları xatırlayırsan...Sənə o anları bir-bir silib atan yalnız bir silah var...Kəlmələr...Oturduğun hər masada xatirələri qalmış o izləri silən bir silah var...Kəlmələr...Biri ağır, biri güclü, biri öldürən, biri dirildən kəlmələr...Bir zaman bir sevgini məhv edən kəlmələr...Çox sonralar o sevgini məhv edən bir kəlməyə 45 min kəlmə ilə revanş silahı hazırlanar...O sevgiyə qan qusduran bir kəlməyə bir əsər yazılar...Acılı-şirinli kəlmələr...Hətta bir kəlmə deyil, bir hərf belə bir həyatı dəyişəcək qədər güclü silahdır...Sevirəm və sevMirəm kəlmələri arasında bir M hərfi belə həyatı dəyişir. Bir hərfin gücü bir ordunun gücündən daha kəskindir. Əlinə qələm almamışdan öncə qarşındakı masada çox seçənəklər dayanar...Hamısın bir anda məhv etmək, sənə oyun oynayanları bir oyunla məhv edib atmaq üçün silahlarına baxarsan...Amma bir güllənin, bir bıçağın, bir yumruğun və bir sillənin gücü kəlmələrdən zəif görsənir...Çünki o silahlar bir saniyədə bitirir işi...Kəlmə isə bir həyatboyu hər an öldürüb dirildəcək qədər qüdrətli silahdır...Kəlmələr...Ən güclü silahdır kəlmələr...Amma onun da bacarmadığı anlar var... Hələ də köhnə bir faylda qalmış gizli-açıq rəsmləri silə bilməz kəlmələr...Ürəyə saplanmış bir bıçağı çıxara bilməz kəlmələr...Bir gün dünyaya göz açanda məsum uşaq kimi gələcəyə addımlayırsan...Xoşbəxt bir həyat üçün o məsum hisslərini birinə əmanət edirsən...Heç gözləmədiyin anda o hisslərini qram-qram, parça-parça məhv edirlər...Onları geri ala bilməz kəlmələr...Amma hər an sənin ən güclü silahın olaraq qoynunda yatar kəlmələr... Kəlmələr çox keçmişi və gələcəyi məhv edər...Amma heç zaman səni tərk etməz...Çünki sənin ən güclü silahındır KƏLMƏLƏR...
Kəlmələrin bitdiyi yerdə savaş, savaşın bitdiyi yerdə kəlmələr başlar
(Qədim Diplomatiya Qanunu)
Söz var kesdirer başı, söz var keser savaşı (Türk Atalar Sözü)