Sabiq Tunis prezidenti 20 il azadlıqdan məhrum edildi

Son güncelleme: 13.06.2012 18:16
  • Xeberler - Dünya xeberleri - Azerbaycandan son xeberler

    noimage

    Bu gün Tunis məhkəməsi ölkənin sabiq prezidenti Zina əl-Abidin Ben Əlinin 20 il azadlıqdan məhrum edilməsi barədə qərar verib.


    Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, sabiq prezident aksiya iştirakçılarının öldürülməsində iştirakda günahlandırılıb.

    Hökm qiyabi olub. Çünki Tunisdə kütləvi aksiyalar nəticəsində hakimiyyəti devrilən Zina əl-Abidin Ben Əli Səudiyyə Ərəbistanına qaçıb və son illər orada yaşayır. Prokuror məhkəmə zamanı Zina əl-Abidin Ben Əlinin edam olunmasını istəyib.

    Qeyd edək ki, bu, Zina əl-Abidin Ben Əli ilə bağlı ilk məhkəmə hökmü deyil. O, bundan əvvəl dövlət vəsaitlərinin oğurlanmasında günahlandırılaraq 35 il, qanunsuz narkotik və silah dövriyyəsində ittiham olunaraq 15 il korrupsiya və dələduzluqda günahkar sayılaraq 16 il azadlıqdan məhrum edilib. Zina əl-Abidin Ben Əli özü isə bu məhkəmə qərarlarını siyasi intiqam sayır və ona görə də hələ də vətənə dönərək özünü müdafiə etməyə tələsmir.

    Qaynaq:Lent.az
#13.06.2012 18:16 0 0 0