Kibariyə Xumar Qədimovaya uduzdu

Son güncelleme: 16.06.2012 23:59
  • Show Biznes Xeberleri - Mehşurlar

    noimage

    Tanınmış müğənni Xumar Qədimova vaxtilə duet oxuduğu Türkiyənin məşhur müğənnisi Kibariyə ilə məclislərin birində yenidən qarşılaşıb. Lent.az-ın məlumatına görə, Moskvadakı azərbaycanlı iş adamlarından birinin məclisində qarşılaşan müğənnilər kiçik bir yarışma təşkil ediblər. Məclisdə iştirak edən qonaqların söylədiyinə görə, Kibariyə Xumar Qədimovanı “kraliçam” deyə təqdim edib. Birlikdə “Ayrılıq” mahnısını oxuyan müğənnilərin çıxışı maraqla qarşılanıb. Xüsusən, Xumar Qədimovanın məclisdə qeyri-adi geyimi hamını təəccübləndirib. Müğənnimiz ifaları ilə də Kibariyəni çətin vəziyyətə salıb. Türkiyəli müğənni etiraf edib ki, Xumar Qədimovaya təslim olur.

    Jalə
#16.06.2012 23:59 0 0 0