Röya boşanacağı barədə xəbərlərə aydınlıq gətirdi

Son güncelleme: 19.06.2012 07:58
  • noimage

    Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Röya həyat yoldaşı ilə bir-birlərini çox sevdiklərini deyib: Tanınmış, göz önündə olan insanlar barədə həmişə belə söz-söhbətlər olur. O varlı bir ailədən çıxmış oğlan, mən isə imkanlı, tanınmış bir qadınam. Biz birgə olanda əlbəttə ki, belə söhbətlər çıxacaq. Biz birgə güclüyük və deyilənlərin, yazılanların hamısı şayiədir. Bu yaxınlarda oğlumun 3 yaşı olacaq. Həmin vaxt mənim bətnimdə növbəti uşaq olacaq. Yəni biz Anarla ikinci uşaq barəsində fikirləşirik. Bir-birimizi çox sevirik”.


    Röya həyatda heç bir ailənin boşanmadan sığortalanmadığını da deyib: “Mənim anamla atam 20 il birgə yaşadıqdan sonra ayrıldılar. Hər şey ola bilər. Amma mənim öz ailəmə gəlincə, hazırda hər şey əladır və Anarla mən bir birimizi çox sevirik”.


    Jalə MƏMMƏDLİ
#19.06.2012 07:58 0 0 0