İyunun 25-də Bakı şəhərinin Yasamal rayonunda İran İslam Respublikasının səfirliyinə məxsus ümumi sahəsi 1 ha olan ərazidə 2000 kv.m sahədə quru ot və ümumi sahəsi 42 kv.m olan taxta konstruksiyalardan ibarət kafe yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğından yaxınlıqdakı evlər mühafizə olunub.