Şən və Hazırcavablar Klubunun (ŞHK) “Bakı yığması” Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Jas Star Kanatı” festivalında uğur qazanıb. Lent.az-ın məlumatına görə, Mərkəzi Asiya Liqası çərçivəsində keçirilən ikinci yumor festivalında Azərbaycanla yanaşı Qırğızıstan, Qazaxıstanın üç, Rusiyanın iki komandası qatılıb. Azərbaycanı təmsil edən “Bakı yığması” komandası ikinci yeri qazanıb.
Qeyd edək ki, “Bakı yığması” komandasına Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Ümumrusiya Azərbaycanlıları Konqresi, ARDNŞ dəstək olur.