Gedək biz olmayan yerə - Ramiz Rövşən

Son güncelleme: 08.07.2012 16:07
  • Gəl əl-ələ tutub gedək
    Gedək biz olmayan yerə.
    Hər dərdi unudub gedək,
    Dərdimiz olmayan yerə.

    Burda qoyaq özümüzü,
    Bu qırışan üzümüzü
    Bu köhnəlmiş sözümüzü,
    Gedək söz olmayan yerə.

    Bir kimsə tutmasın xəbər,
    Gəl çıxıb gedək birtəhər.
    Bu ev, bu küçə, bu şəhər,
    Bu dəniz olmayan yerə.

    ...Atam oğlu, az çapala
    Sən deyən çətin tapıla.
    Bu Ramizi kim aparar,
    Bu Ramiz olmayan yerə?!
#08.07.2012 16:07 0 0 0