Qadınlara lazım olan məsləhətlər

Son güncelleme: 08.07.2012 17:02
  • Əziz xanımlar, hər bir qadına ev işlərində lazım ola biləcək bir necə məsləhət vermək istəyirəm. Ümid edirəm ki, hər birinizə lazım olacaq və istifadə etməkdə çətinlik çəkməyəcəksiniz.

    1.Əti sudan keçirsəniz istər qızartma, istərsə də sobada bişirin öz suyu içində qalar.

    2.Qaynadarkən yumurtaların çatlamamasını istəyirsinizsə suya bir miqdar sirkə, yaxud duz tökün.

    3.Az miqdarda kəklikotu və nanələrdən maksimum ətir və ləzzət almanın yolu: Onları işlətmədən əvvəl həvəngdəstədə yaxşıca əzdikdən sonra yeməyə qatmaqdır.

    4.Alüminium qabları bir az sirkəli suda qaynatsanız parlatmaq daha asan olar.

    5.Şüşələrinizi silərkən suyun içinə bir az duz qatsanız, şüşələriniz həm asan təmizlənər, həm də parıltılı olar. Sonra isə şüşədə qalan ləkələri kağız və ya qəzet parçasıyla silsəniz, güzgü kimi parladığının şahidi olacaqsınız.

    6. Xırda şüşə qırıqlarını təmizləmək üçün pambığı isladıb qırıqların üstündə gəzdirin.

    7. Kəsik limonu sirkəyə batırın: Limonların Qurumaması üçün (kəsik) yerini kiçik qaba tökülmüş az miqdarda sirkəyə batırın.

    Belə etsəniz limon uzun müddət qalar.

    8. Limon suyu qazanın qaralmasının da qarşısını alır.

    9.Əllərdən gələn soğan və sarımsaq qoxusundan qurtulmaq üçün əllərinizi diş məcunu ilə ovalayaraq yuyun!
#08.07.2012 16:57 0 0 0
  • tesekurler canim
#08.07.2012 17:02 0 0 0