Eurovision-da könüllü çalışanlar mükafatlandırılacaq

Son güncelleme: 08.07.2012 21:05
  • Show Biznes Xeberleri - Mehşurlar - Eurovision 2012

    noimage

    May ayında Bakıda keçirilən “ Eurovision 2012” Mahnı Müsabiqəsinin könüllülər qrupunda təmsil olunmaq üçün seçilənlər mükafatlandırılacaq. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, mərasim iyulun 7-də keçiriləcək. Könüllülər üçün təşkil olunan əyləncəli gecə və sertifikatların təqdimetmə mərasimində gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.


    Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrindən 1000 nəfərə yaxın tələbə xüsusi bacarıqları ilə fərqlənərək 57-ci mahnı müsabiqəsinin könüllüləri qrupunda təmsil olunmaq üçün seçilib. “Euroision- 2012” Mahnı Müsabiqəsində işləyəcək şəxslərin seçimi ilə Gənclər və İdman Nazirliyi məşğul olub.


    Könülllər 4 aparıcı təşkilatın Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, “İRƏLİ” İctimai Birliyinin, Gənclər Təşkilatlarının Milli Şurasının və Kreativ Gənclər Birliyinin xətti ilə, eləcə də sərbəst şəkildə edilmiş müraciətlər əsasında müsabiqəyə qatılıblar. Müraciət edənlər Nazirlikdə yaradılmış komissiya tərəfindən müsabiqələrdən keçdikdən sonra xüsusi təlimlərə qatılıblar. Müsabiqəyə könüllü olmaq üçün 3000 nəfərdən çox şəxs müraciət edib və ilkin mərhələdə yalnız 750 nəfər könüllü olmaq üçün seçilib.


    600 nəfər isə rezerv kadr kimi saxlanıb və sonradan 300 nəfərə yaxın könüllü də müsabiqədə işləmək üçün cəlb edilib. Beləliklə Nazirlik tərəfindən 1000 nəfərə yaxın könüllü bu yarışmada çalışıb.

    Könüllü qismində ali təhsil müəssislərinin tələbələri ilə yanaşı, müxtəlif müəssisələrdə, şirkətlərdə çalışan şəxslər də qatılıb.

    Jalə
#08.07.2012 21:05 0 0 0