Ağdam, Füzuli, Goranboy atəşə tutulub

Son güncelleme: 18.07.2012 23:32
  • Xeberler - Hadise

    noimage

    Erməni silahlı bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən qüvvələri dünən və bu gecə Ağdam rayonunun Qaraqaşlı, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Qaynaq:Lent.az
#18.07.2012 23:32 0 0 0