Hz.Məhəmməd (s)-dan gözəl hədislər 21-ci hissə

Son güncelleme:
  • Hz.Məhəmməd (s)-dan gözəl hədislər (21-ci hissə)

    1.Allah-təala təvazökar olmağınızı mənə vəhy buyurmuşdur.Kimsə kimsəyə öyünməsin,kimsə başqasının haqqına təcavüz edib zorakılıq göstərməsin.
    2.Əsl-nəsəbin bəlası iftixar etməkdir.
    3.Yoxsulluq mənim fəxrimdir.
    4.Kimini üzünə xeyrin bir qapısı açılsa,onu qənimət bilməlidir.Çünki o qapının nə vaxt üzünə qapanacağını bilmir.
    4.Fürsəti əldən vermək kədər gətirər.
    5.Allahın vacib buyurduğu əməllərə riayət et ki,ən təqvalı insanlardan olasan.
    6.Qiyamət günü ən ağır sorğu-sual,işlərini başqaları (nökər,xidmətçi və s) görən,özü isə başçılıq edən kimsə ilə olacaqdır.İş görmək zəhmət və əziyyət olsa da,işsiz dayanmaq fəsad və pozğunluğa səbəb olar.
    7.Allah nə dünya,nə də axirət işləri ilə məşğul olmayan sağlam işsiz insana nifrət edər.
    8.İki şey var ki,camaatın çoxunda fitnəyə (sınaq və ya fəsad) səbəb olar:sağlamlıq və asudəlik.
    8.Bəndə gizlincə günah etdikdə o günah yalnız o sahibinə zərər vurar.Aşkarda günah etdikdə isə cammat onu çəkindirməzsə,bu zaman camaatın hamısına zərər vurar.
    9.Acizin haqqını qorxmadan,titrəmədən qüdrətli şəxsdən almayan ümmət heç vaxt pak (xoşbəxt) olmaz.
    10.“Mənim ümətimin içərisində iki dəstə vardır.Əgər onlar düzəlsə,ümmətim düzələr,onlar korlansa ümmətim də korlanar.”Dedilər:”Ey Allahın Rəsulu!O hansı iki dəstədir?”Buyurdu:”Fəqihlər ve hökmdarlar”
    11.Allaha ruku edən bəndələr,südəmər körpələr,otlayan heyvanlar olmasaydı,mütləq onların başına ağır əzab endirərdim.
    12.Sizin Allah yanında ən yüksək məqam olanınız,daha uzun müddət aclıq çəkən və düşüncələrə dalanınızdır.Allah yanında ən mənfurunuzsa,çox yatağan ,qarınqulu və çox içəninizdir.
    13.Ey camaat!Həqiqətən insanların ən üstünü odur ki,yüksək məqamına baxmayaraq təvazökarlıq etsin,qüdrətinə rəğmən dünyaya zahid olsun,dövlətli olsa da xərclərində insaflı olsun.Bilin ki, ən üstün insanlar,dünyadan ona kifayət edən qədər götürən,onda iffətli və izzətli ömür sürən,səfərə (axirətə) azuqə yığan və getməyə hazırlaşan bəndələrdir.
    14.Əgər Allahımın rəhməti mənim ümmətimin yoxsullarının üstündə olmasaydı,yoxsulluğun küfrə keçməsinə az qalardı.
    15.Kasıbçılıq hər iki dünyada üz qaralığıdır.


    Mənbə:Məsumlardan 3333 hədis
0 0 0