1) And o şeyin insan həyatındakı dəyərini bildirir.
2) Bəziləri ölənin nə apardığını yox, nə qoyub getdiyini düşünər.
3) Cənazələr bəsirət sahibləri üçün ibrət lövhəsidir.
4) Çörəksiz insan yaşaya bilməz, ancaq meyvəsiz yaşaya bilər.
5) Dərd məqsədə qovuşmağın başlanğıcıdır.
6) Enes (r.a.) taundan səksən övladı vəfat etdi.
7) Əşyanı aynada, yaxud suda görüb onu əşyanın əksi olduğunu anlamayanlar əllərini uzadıb onu almağa çalışarlar halbuki, aldanmışlar.
8) Fəriəddin Əttar demişdir: Dörd şey vardır ki, əldən çıxdıqdan sonra geri qaytarmaq imkansızdır:
1. Qəflətən ağızdan çıxan söz;
2. Yaydan çıxan ox;
3. Baş vermiş qəza;
4. Boşa xərclənən zaman.
9) Gecənin qədrini bilməyən gündüzünü də dəyərləndirə bilməz.
10) Hər insan xəyal etdiyi və könül verdiyi dünyada yaşamaq istər. Dünyasını abad edərək axirətini viran qoyan bir kimsə viranəyə getmək istərmi heç?
11) Xidmətkarların ilə zarafatlaşma, vüqarın yox olub gedər.
12) İnsanın ən yoxsul və möhtac günü qəbrə qoyulduğu ilk gündür.
13) Kafirlərlə olan cihad-kiçik, nəfslə olan cihad isə-böyük cihaddır.
14) Qəlb islah olsa, cəsəd islah olar.
15) Qəflətdə yaşanan bir həyat mənzərəsi uşaqlıqda oyun, gənclikdə şəhvət, ahıl yaşda qəflət və ixtiyarlıqda da əldən çıxanlara həsrət.