Hazırda planetimizdə 1,1 milyard adam siqaret çəkir ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamasına görə yer kürəsinin yaşlı əhalisinin üçdə birini təşkil edir. Onlardan bir çoxu siqareti atmağa cəhd etmiş və indi də buna çalışırlar. ÜST-nin statistikası göstərir ki, siqaret çəkənlərin əksəriyyəti həyatlarında heç olmazsa bircə dəfə bu zərərli vərdişdən azad olmağa cəhd ediblər.
Amma həqiqətin gözünün içinə düz baxaq: əgər siqareti tərgitmək belə asan olsaydı, onda tütün şirkətləri çoxdan müflis olardılar. Çoxları nikotin əleyhinə plastırları da, bioəlavələri də, “Nikotimol”u da, “Tabeks”i də sınaqdan keçirmişlər. Amma nəticə yoxdur.
Bu arada ABŞ tədqiqatçıları aşkara çıxarmışlar ki, akupunktur və hipnoz siqaretlə uğurla mübarizə apara bilər. Bu günlərdə Amerika Tibb Jurnalı 14 tədqiqatın xülasəsini dərc etmişdir. Onlar təsdiq edirlər ki, bu metodlar real olaraq işləyir. Tədqiqatlar göstərmişdir ki. iynəbatırmanın köməyilə siqareti atmağa çalışanların arasında yarım ildən-bir ildən sonra siqaret çəkməyənlərin sayı üç dəfə çox olmuşdur. Sən demə, iynənin müəyyən nöqtələrə təsiri zamanı insanda endorfinlərin – “xoşbəxtlik hormonları”nın yaranması fəallaşır. Bu, siqareti atanların hamısının məruz qaldığı depressiya və əsəbiliyin öhdəsindən gəlməkdə onlara kömək edir. Endofrinlərin fəallaşması effekti nikotin effektini əvəz edir. Hipnozun da tətbiqinin araşdırılması analoji nəticələr vermişdir: kim bunun köməyindən istifadə edirsə, onların başqalarına nisbətən siqareti atmaq şansları daha yüksək olur.Bu metodların hər ikisindən istifadə edərək, siqaret çəkmək kimi zərərli vərdişdən azad olmağı sınaqdan keçirməyə dəyər. İndi alimlər artıq konkret suallara cavab axtarırlar – maksimal effektə nail olmaq üçün neçə seans lazımdır və bu metodlardan hansının istifadəsi daha yaxşıdır?
P.S.Siqaret, kağıza sarılmış, tərkibində tütün olan və ümumiyyətlə
85-100 mm uzunluq və 4-8 mm eni olan həzz verici maddədir.
Siqaret bir müddət sonra fiziki asılılıq ortaya çıxarır.
Nə qədərki gec deyil siqareti atın....