Qəzəl

Son güncelleme:

  • Qəzəl dinle

    Cananım, il on iki ay fərağındayam, bunu bil,
    Gəzirəm leylü-nəhar, sorağındayam, bunu bil.

    Sinədən qopan ahımdan külək vücudə gəlir,
    Döyərsə pəncərəni otağındayam, bunu bil.

    O yağışlar tökülür, dideyi-giryanımdan,
    Düşərsə bircə damcı yanağındayam, bunu bil.

    Gahi bu iniltim də dönür həzin musiqiyə,
    Oxusan bu nəğməni, dodağındayam, bunu bil.

    Tək səni sevmişəmsə, neynəyirəm başqasını,
    Ölüncə təkcə sənin marağındayam, bunu bil.

    Bircə kəlmən gərəkdi hüzura amadə olum,
    Arzu etdiyin zaman ayağındayam, bunu bil.

    Gördüm Axundu, dedi: Yaxınlaşıbdır əcəlim,
    Haqq-hesab, sorğu-sual qabağındayam, bunu bil.


    Müəllif : Həmid Piriyev
0 0 0