Tarixde Bugün - 02 Avqust

Son güncelleme:
  • Tarixde Bugün - 02 Avqust

    noimage

    2 avqust. İlin sonuna 152 gün qalır.


    1898. Azərbaycanın ilk qısametrajlı bədii filmi “İlişdin” nümayiş etdirilib. Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli fərmanı ilə bu tarix “Milli kino günü” elan edilib

    1909. İlk dəfə təyyarələr ABŞ-da silahlanmaya qəbul edilib

    1916. Moskvada “AMO” avtomobil zavodu (indiki ZİL) fəaliyyətə başlayıb

    1922. Telefonun ixtiraçısı Aleksandr Qraham Bell vəfat edib

    1934. Adolf Hitler “Fürer” elan edilib

    1945. Potsdam konfransı başa çatıb

    1946. Vətənə xəyanətdə ittiham edilən “Rusiya azadlıq ordusu”nun komandanı general Vlasov edam edilib. Maraqlıdır ki, hökm o zaman sovet hüquq sisteminə xas olmayan yolla – asılmaqla icra edilib

    1955. Aktyor Fəxrəddin Manafov anadan olub

    1967. “Trabzonspor” klubu təsis edilib

    1980. Bolonya vağzalına qoyulan bombanın partlaması nəticəsində 85 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb

    1990. İraq qoşunu Küveytə hücum edib

    1993. İngiltərə Maastrixt sazişini ratifikasiya edib

    1997. Seyid Məhəmməd Hatəmi İran prezidenti seçilib

    2000. Azərbaycan və ABŞ arasında minadan təmizləmə təliminə dair Memorandum imzalanıb

    2007. Azərbaycan və Yunanıstan arasında təbii qaz və neft sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.
0 0 0