Hospislər

Son güncelleme:
  • Hospislər - Hospislər nədir?

    Hospislər həyatı nə uzadır, nə də qısaldır. Bəs o zaman hospislərin mahiyyəti nədir?

    Hospislər nədir?

    Hospislər ağır xəstəliklərdən əziyyət çəkən insanlara həyatın mahiyyətini anladan və ölümü normal bir hadisə kimi qarşılamağa yardımçı olan xüsusi mərkəzlərdir. Əgər hospislərin mahiyyətini tam açıqlasaq, belə bir sıralama yaranacaq:

    Hospislər xəstənin xroniki şikayətləri ilə maraqlanır;

    Xəstəliklə əlaqədar bütün simptomları təyin edir;

    Xəstənin ağrılarını maksimum azaltmağa çalışır;

    Xəstələrə həkimlərlə bərabər, psixoloqlar da məsləhətlər verirlər;

    Bu mərkəzlərdə din xadimləri belə olur, onlar ruhi həyat barədə, ölüm barədə xəstələrlə söhbət edir, onların ölümü normal qarşılamalarına yardım edirlər;

    Hospislərdə pəhriz həkimləri, gözəllik ekspertləri, sosioloqlar da çalışırlar

    Hospis qanunları

    Xüsusilə qeyd etmək lazımdır ki, hospis baxımının yeddi önəmli qanunu var:

    Xəstə hospisdən evə qayıtmaq istəsə, evlərində də normal baxımlarının reallaşdırılması;

    Xəstəliyin simptomlarının davamlı müşahidəsi;

    Müalicənin hospisin təyin etdiyi istiqamətdə aparılması;

    Həftənin 7 günü, 24 saat xəstənin qayğısının çəkilməsi;

    Xəstənin və ailənin cəmiyyətdən təcrid olunmaması;

    Ölüm əsnasında və ölüm sonrasında xəstə yaxınlarının dəstəklənilməsi;

    Ünsiyyət sistemlərinin qurulması.

    Dünyada hospis təcrübəsi

    Amerikada tibb tələbələrinin, demək olar ki, 74 faizi xəstənin ömrünün son dönəminin baxımı və qayğısı haqqında heç bir məlumata malik deyil. Əhalinin isə 83 faizinin hospis anlayışı barədə cüzi də olsa, məlumatı yoxdur. Qeyd edək ki, 1999-cu ildə Avropa Şurası hospisləri qanuni bir qurum olaraq qəbul edib. Amma birliyə üzv ölkələr arasında bu sahədə o qədər də inkişaf etmişi yoxdur.

    Dünyada ən yaxşı hospislərin olduğu ölkə isə İngiltərə hesab edilir. Bu ölkədə ağır xəstələrin ömürlərinin son günlərini rahat bir şəraitdə keçirə biləcəkləri əla şəraitli və peşəkar personalı olan hospislər fəaliyyət göstərir. Bu mərkəzlərdəki psixoloqların dəstəyi isə xüsusi önəm daşıyır. Belə ki, psixoloqlar həm xəstələrə, həm də onların yaxınlarına psixoloji dəstəyi ilə ölümü maksimum asanlaşdırırlar.

    Azərbaycanda hospis yaratmaq üçün nə lazımdır?

    Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, bunun üçün ilk növbədə başqa ölkələrin təcrübəsi dərindən öyrənilməlidir. Başqa sahələrdə olduğu kimi, elmi əsaslarla, ciddi hazırlanmış bir fəaliyyət proqramı lazımdır: “Belə xəstəxanalara nə dərəcədə, hansı miqyasda ehtiyac olduğunu əsalandırmaqla, maliyyə vasitələri, maliyyə mənbələri müəyyənləşdirməklə konkret bir mexanizm yaradılmalıdır. Burada həm dövlət büdcəsindən, həm məscidlərin, kilsələrin, digər dini təşkilatların maliyyə dəstəyindən, xeyriyyəçilərin, ianə verənlərin maliyyə dəstəyindən istifadə etmək olar”.

    Alıntı..
0 0 0
```[cite: 10]