1.Dövləti zəif edən əsas amil pulun azlığı yox, istedadların azlığıdır.
2.İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.
3.Əxlaqlar üzərində müşahidə aparmağa kitab oxuyandan sonra başladım.
4.Bir adama nəsihət vermək istəyirsənsə, onu adam içində eləmə ki, qəbul etməz və səndən inciyər.
5.Kişinin sevmədiyi bir qadını alması, bazardan xoşuna gələn, lakin istəmədiyi bir şeyi almağa bərabərdir.
6.Qadın- həyatın bütün mərhələlərində kişinin xilaskarıdır, qadın yer üzərində gözəllik, lətafət nümunəsidir, o həyatın fəlakətli və ağır dəqiqələrində kişinin təsəllivericisidir, onun sevinci və iftixarıdır.
7.Ata omaq asandır, atalıq etmək çətin.
8.Biz özümüzü başqalarının bizi gördüyü kimi görə bilməyə çalışmalıyıq.
9.Xoşbəxtlik qızıl tapmaqda deyil. sağlam bədəndə və ailə səadətindədir.
10. Adam özünə dost seçə bilər, arvad seçə bilər. Lakin ananı seçmək olmaz. Ana birdir onu sevərlər, çünki o, anadır.
11.Öz səhvini dərk etmək özünü tərbiyənin ən başlıca vasitələrindən biridir.
12.Bərabərlik olmadan əsl nikah ola bilməz. Ərini maraqlandırmayan, onun fkirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir. dayədir.
13.Sevən qadın qəlbi böyük kobudluğu bağışladığı halda, kiçik bir vəfasızlığı heç cür bağışlaya bilmir.
14.Sevgi müharibəyə bənzəyir: onu başlamaq asandır, dayandırmaq çətin.
15.Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir.
16.Hər şeydə oğurluq haramdırsa, qızlar üçün oğlanın qəlbin oğurlamaq halaldır.
17.Məhəbbət üçün tək bir gözəllik kifayət deyildir, çünki gözəllik özü də əbədi deyildir.
18.Ana! Dünyada sənin müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmamışdır.
19.Sevməyən ürək süni çiçəyə bənzər: ömrü çox olsa da, ətri olmaz.
20.Yalnız eşqi və ehtirası sevən qadınlardan ehtiyatlı olmaq lazımdır.
21.Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır.
22.Qorxaq adam həyatı sevmir o yalnız onu itirməkdən qorxur.
23.Kim özünə özü qədər inana biləcək bir dost tapa bilərsə, o, özünü dünyanın bütün xəzinələrinin sahibi hesab edə bilər.
24.Qadın o qədər incə, o qədər zərif məxluqdur ki, onu gül yarpağı ilə də vurmaq olmaz.
25.Ən böyük qələbə öz üzərində çaldığın qələbədir.