Min aydan xeyirlidir deyilməsinin hikməti nədir?

Son güncelleme:
  • Min aydan xeyirlidir deyilməsinin hikməti nədir? - İslam dini

    noimage

    "Min ay" səksən üç il dörd aylıq bir müddətə bərabərdir. Keçmişdəki saleh kəslərin bir ömür boyu qazandıqları mənəvi mərtəbəni bir gecə içində əldə etmə fürsətidir. Rəsulullah (s.ə.v.) səhabələrə İsrailoğullarından bir kimsənin Allah yolunda min ay boyunca silahlı olaraq cihad etdiyini izah etmişdi. Səhabələr bunu eşidincə çaşdılar və öz əməllərini az, gördülər. Bunun üzərinə Qədr Surəsi endirildi.

    Başqa bir rəvayətdə Peyğəmbərimiz Səhabələrə İsrailoğullarından dörd adamın səksən il boyunca heç günah işləmədən ibadət etdiklərini izah etdi. Səhabələr bunu heyrətlə qarşıladı. Cəbrayıl Əleyhissalam gəldi, "Ya Məhəmməd, ümmətin o bir neçə adamın səksən il ibadətində heyrətə düşdülər. Allah sənə ondan daha xeyirlisini endirmişdir" deyərək Qədr Surəsini oxudu və, "İşdə bu sənin və ümmətinin heyran qalmasından daha xeyirlidir" buyurdu.

    Digər bir rəvayətdə Resulullaha bütün ümmətlərin ömürləri göstərilmişdi. Öz ümmətinin ömürünü qısa görüncə, ömürü uzun olan ümmətlərin əməllərini düşündü. Öz ümmətinin bu qısa ömürlərində etdikləri əməllərlə onlara çata bilməyəcəkləri narahatlığı içində kədərləndi. Uca Allah da Həbibinə, bu kədərinə müqabil Qədr Gecəsini verərək digər ümmətlərin min ilindən daha xeyirli etdi.

    Qədr Surəsi bu hadisələr üzərinə nazil olmuşdur.
    Bu surə, Səhab

    Alıntı..
0 0 0