Aclığa necə qalib gəlmək olar?

Son güncelleme: 14.08.2012 16:04
  • Sağlam olun

    Şahzadə Diana, Ceyin Fond, Lindsi Lohan – bu insanları bir xəstəlik birləşdirir. Bu da onlarda baş verən dəhşətli aclıqdır. Tanınmış kino ulduzları hər zaman formada olmaq istəyirlər, amma çox zaman aclıqla mübarizə aparmağı bacarmırlar. Çox insanın üzləşdiyi belə aclıq hissi – bulimia adlanır.
    Bulimia nədir?

    Bulimia yunan sözündən götürülüb, “ bus” – buğa, “limos” – isə aclıq deməkdir.

    Bu xəstəlik zamanı iştaha kəskin qüvvətlənərək, aclıq hissi insanı narahat etməyə başlayır. Bu hissin altında insan böyük miqdarda qida qəbul etməyə başlayır. Aclığı dəf etmək üçün çox yağlı, şirin, bol kalori qidalara üstünlük verir. Öz bədən ölçülərinə görə narahat olan xanımlara çox kilo almamaqdan ötrü qusma və ya imalə yolu ilə artıq kaloridən qurtulurlar.

    Qidaya yüksək aclıq hissi ilə yanaşan insanlar pəhriz – pəhrizi pozmaq – artıq kaloridən orqanizmi müxtəlif yollarla təmizləmək kimi dairəvi proseslər yaşayırlar. Bu xəsətliyə tutulan insan stolda, soyuducuda və ehtiyatda olan qidaları yeməyincə özlərini yaxşı hiss etmirlər. Belə aclıq hissi keçirən xanımlar özlərinə gün ərzində dəfələrlə yemək bişirməkdən çəkinmirlər. Xanımlar hətta bu haldan depressiyaya da düşürlər.

    Bulimianın 2 tipi var. 1 – Klassik bulimiada insan tələb olunana qədər yedikdən sonra artıq qidaları orqanizmdən qusma, işlətmə dərmaları və imalə ilə çıxarırlar. 2 – Aktiv bulimiada isə artıq kaloridən pəhriz və idmanla məşğul olmaqla yaxa qurtarmaq mümkün olur.
    Bulimianın əlamətləri :
    Bir dəfəyə böyük miqdarda qida qəbulu
    Yeməyin iri tikələrlə, çeynənilmədən yeyilməsi
    Müxtəlif yollarla artıq kaloridən qurtulma
    Sarsılmış əhval –ruhiyə, qapalılıq, ümidsizlik
    Enerji çatışmazlığı, sağlamlığın zəifləməsi
    Boğazın tez-tez ağrıması – faringit, angina
    Həzmetmə problemləri
    Diş emalının dağılması
    Tüpürcəkdə dəmirin miqdarının artması
    Dəridə problemlər
    Eləcə də boğazda xırıltı və qida borusunda qan axmalar

    15 yaşdan 30-35 yaşa qədər olan 3-8% qadınlar bulimiadan əziyyət çəkirlər. Bu problemin öhtəsindən təkcə gəlmək mümkün deyil. Bulimialı xəstələr psixoloqlara müraciət etməlidirlər. Psixoloji yardımdan sonra xəstələr özlərinə inanır və özlərini dəyərləndirə bilirlər. Belə xəstələr adətən qrup şəklində müalicə olunurlar.

    Xəstələr bir-birlərini bu xəsətlik barəsində öz təcrübələrindən, xəsətliklə mübarizə üsullarından danışaraq fikirlərini bölüşürlər. Birlikdə onları sağlamlığa aparan yolu seçirlər.
    Alıntı..
#14.08.2012 15:57 0 0 0
  • Aclığ ən pisidi
#14.08.2012 16:04 0 0 0