Həkimlər öləcək dedilər, ölmədi

Son güncelleme: 23.08.2012 23:27
  • Həkimlər öləcək dedilər, ölmədi

    Həkimlər ona 6 ay ömrünün qaldığını, mübtəla olduğu xərçəng xəstəliyinin artıq ölümcül səviyyədə ağırlaşdığını demişdilər.

    İngiltərənin Kornuell qraflığında yaşayan Endi Qud 50-ci ad gününü iyulda qeyd edib. O, 47 yaşlı arvadı Keyt və 11 yaşlı qızı Reyçellə indi bəxtəvər olduğunu deyir.

    Poçt idarəsinin baş meneceri Qudun dediyinə görə, həkimlərin dedikləri 6 ay başa çatanda təkrar müayinə edilib. Bəlli olub ki, Qudun ölümünə hələ çox var.

    “Həyatımın son iki ili dəhşətli oldu. Çünki qarnımdakı küt ağrılara görə 2010-cu ilin mayında həkimə getmişdim və onlar da mənə mədəaltı vəzimdə xərçəng şişi olduğunu dedilər. Daha sonra söylədilər ki, ömrümə az qalıb, evə gedim və həyatımın son aylarını yaşayım”, – Çetem şəhərinin sakini Qud deyib.

    Ölümünə az qaldığına şübhə etməyən Qud arvadı və qızına vida məktubları, sonra da vəsiyyətnamə yazıb. Bununla da o, ölümünə görə arvadı Keytin sığorta pullarını almasını təmin etmək istəyirdi.

    Lakin vədə başa çatanda müayinəyə yollanan Quda deyilib ki, qarnındakı küt ağrılar və yanğı hissi mədəaltı vəzin xərçəngi ilə yox, bağırsaqdakı iltihabdan yaranıbmış.
    “Həkimlərin bu sözlərini eşidəndə heyrətləndim. Sanki üzümə yüzlərlə yumruq vurdular”, – Qud deyib.

    alıntı..
#23.08.2012 23:27 0 0 0