Gözəl və qüsursuz hamarlıq naminə

Son güncelleme: 24.09.2012 21:34
  • Cild və Bədən - Gözəl və qüsursuz hamarlıq naminə

    Genişlənmiş məsamələri və ya aknedən sonra qalmış xırda çapıqları gizlətmək üçün bir qədər səy göstərmək lazım olsa da, alınan nəticə hər şeyə dəyər.

    Peşəkar

    Los Angeles ulduzlarının məşhur vizajisti Marina Gravani
    Hazırlıq:

    Tərkibində salisil turşusu olan köpükdən istifadə edərək, üzünü yu. O, dəridəki yağları əridir və bunun sayəsində makyaj bütün gün olduğu kimi qalır.
    Silikonlu makiyajaltı bazadan istifadə et. Onu dəridəki qüsura dairəvi hərəkətlərlə çək; silikon hamarsızlıqları doldurmağa kömək edir. Daha sonra üstündən nazik qat tonal vasitə çək.
    Konsileri nazik qat şəklində problemli yerə çək. Bir dəqiqədən sonra yenidən təkrarla, amma bu dəfə konsileri X formasında çək. Beləliklə, dəridəki qüsurlar qapanacaq, bu zaman örtük qatı da çox qalın olmayacaq.
    X mərkəzindən başlayaraq konsileri barmağınla kənarlara doğru yay. Məqsədin konsileri dəridə görünməz etməkdir. Bərkitmək üçün son olaraq üstdən bir qat şəffaf kirşan vur.

    alıntı
#24.09.2012 21:34 0 0 0