Megan Fox

Son güncelleme: 26.09.2012 06:41
  • Mehşurlar

    Öz əkşn rolları və femme-fatale görünüşü ilə ilk vaxtlardan pis qiz obrazi ilə yadda qalib. amma o artıq çox dəyişib.

    Bethany Heitman

    Pis qız. "Füsünkar qadın. Kələkbaz. 2007-ci ildə "Transformer" filmində canlandırdığı roldan sonra bunlar onun obrazını təsvir etmək üçün ən çox istifadə olunan ifadələrdir. Müəyyən mənada bu ifadələr onu yaxşı təsvir edə bilər.

    25 yaşındakı əsl kino-ulduz olan aktrisa, hətta səsləndirdiyi fikirlər münaqişəyə səbəb olsa belə, heç vaxt düşündüyünü açıqca deməkdən çəkinməyib. Sübut: bir dəfə aktrisa müsahibə alan jurnalistə demişdi ki, Hollivud özünə vurgun insanlarla doludur, onun şəkilləri isə daha çox paparazzilərdən qaçdığı zaman çəkılir. Amma Los-Ancelesdə onunla zəif işıqlandırılmış italyan kafesində yanaşı oturarkən, Meganda femme-fatale obrazı yox idi.

    Saçları yüngülcə burulmuşdu, makiyajı sadə və çox təbii idi, əynində isə ona azca böyük krem rəngli kardiqan vardı. Spagetti və qiymə sifariş edərkən, ofisianta nəzakətlə gülümsəməyi də unutmadı. Ondan pis qız imici barədə nə düşündüyünü soruşduq: "Bütün bunların səbəbkarı tatuajlarının olması və söyüşlə danışmağımdır.

    Hamı isə bunun kobud olduğunu düşünür. Məni xarici görünüşümə görə mühakimə edən insanlara elə gəlir ki, dünya vecimə deyil. Ona görə də, əksər hallarda məni anlamırlar. Amma mən heç də vəhşi təbiətli insan deyiləm", - aktrisa gülərək özü haqqında danışır. Aktrisa öz yeni rolları və sevgisi barədə danışarkən onun düşündüyümüz pis qız obrazına uyğun gəlmədiyi aydın olur.
    Bəs, əsl Megan Fox kimdir?

    Karyerası boyu əsas rolları ya ovsunlayıcı qadın, ya da başdan çıxaran gözəlçə olmuşdur. O özünü "Transformerlər" filmində oynadığı maşın mexaniki və heç bir çətinlikdən qorxmayan seksual Mikaela Banes rolu ilə bütün dünyaya tanıtdı.

    Daha sonra o, "Cenniferin bədəni" filmində kişiləri diri-diri yeyən qorxunc azarkeş rolunu oynadı. Eminemin "Love the way you lie" klipində isə alçaldıcı münasibətdən bezən gənc qız obrazmı canlandırdı. İndi isə Megan öz güldürə bilmək bacanğım smaqdan çıxarmaq istəyir. Növbəti üç filmi onu şən və zarafatcıl aktyorlarla qarşılaşdırır, özü isə bu barədə deyir: "Mən bu işlə məşğul olmağa başlayarkən nə istədiyimi bilmirdim", əlləri ilə şaçlarmı qulağının arxasına aparır.

    - "Lakin şüurlu şəkildə daha çox komediya janrında özümü sınamaq qərarına gəldim. Bu hərdəmxəyallıq, həqiqətən, xoşuma gəlir. Mən zarafatcıl insanlarla əhatə olunmaq və onların təcrübəsinə yiyələnmək istəyirəm". Hal-hazırda "Uşaqlı dostlar" filmində o, komediya ustalan Maya Rudolph, Kris-tenWiig və Adam Scottla çiyin-çiyinə çalışır. Bu filmdə ana olmaq istəməyən cavan rəqqasə rolunu oynayan aktrisa uşağı olan oğlanla görüşür. Burada da cəzbedici xarakterə sahib olan sənətçi təkcə seksuallıq nümayiş etdirir. O, eyni zamanda həm xoşagəlimli, həm şən ola bilir, üstəlik, seksuallığını da itirmir.

    Filmin ssenari müəllifi və rejissoru olan, həmçinin filmdə aktrisa kimi çəkilən Jennifer Westfeldt deyir ki, Megan çox yaxşı aktrisa və xoş insandır: "O, insanların düşündüyündən də çox istedada malikdir. Onu bu vaxta qədər düzgün təsvir etməyiblər, çünki o, ağıllı, məzəli və maraqlı qadmdır". Megan özünün məzəli tərəflərini Sacha Baron Cohen ilə birgə onun növbəti cəmiyyəti lağa qoyan "Diktator" filmində daha da üzə çıxarmağa hazırlaşır. O, özünün uydurulmuş obrazım canladırır və Cohen xarakteri ilə gülünc seks səhnəsini oynayacaq. İlin sonunda isə aktrisa "Bu qırxdır" filmində Jason Segelin tərəf-müqabili olacaq.

    "Biz filmin ən yaxşı hissəsini hovuzun qırağında çəkdik, orada Megan bikinidə idi. O qədər cazibədar görünürdü ki, heç olmasa, onunla müqayisədə zarafatlarımla seçiləcəyimə sevindim, amma onunla yaxmdan tamş olduqdan sonra onun məndən də yaxşı yumor hissinə sahib olduğunun şahidi oldum. Bu bir az əhvalımı pozdu", tərəf-müqabili Jason etiraf edir. Yəqin ki, Megan tamaşaçıların onun yeni kəşf olunan gülünc tərəfi barədə nə düşündüyündən narahatdır.

    Heç də belə deyil. "Mən heç vaxt yenilik etməkdən çəkinməmişəm. Ola bilər ki, bu, absurd səslənir, amma daxilimdə elə bir hiss var ki, bunu etməliyəm və görürəm ki, işə yarayır". Amma nəyisə etməyə məhkum olunduğuna inanmaq əsəbləri sakitləşdirmir. Megan etiraf edir ki, sadəcə öz instinktlərinə güvənməyi öyrənib. "Mənim əvvəllər də layihələrim olurdu, lakin heç vaxt hazır olanadək gördüyüm işin doğruluğuna əmin olmurdum. Göstərə biləcəyim bir eyib də yox idi, amma olmaq istədiyim mövqedə də deyildim. Lakin bu üç film ürəyimcədir. Mənə elə gəlir ki, bu üstünlüklərin ardınca getmək lazımdır. Belə güclü duyğuya sahib olduqdan sonra heç nə qorxulu gəlmir".
    Əlli-Ayaqlı Eşq içində

    Həyat və sevgi məsələlərinə gəldikdə isə aktrisa şəxsiyyətinin yeni xüsusiyyətlərini aşkarlamış oldu. O, ilk baxışdan kişiləri yoldan çıxaran qadın təəssüratı bağışlasa da, şəxsi münasibətlərində kifayət qədər romantik insandır. O, aktyor və indiki həyat yoldaşı Brian Austin Greenlə 18 yaşından münasibət saxlayır. Onlar film çəkilişində görüşüblər.

    Aktrisanın dediyinə görə, aralarında uzaq məsafədən cazibə duyulurdu. "Beverly Hills 90210 teleserialın çəkilişində onu gördükdə kim olduğu barədə heç bir məlumata sahib deyildim. O yaşda aktyorları tanımayacaq qədər cavan idim.

    Amma onu ilk dəfə görən kimi içimdə kəpənəklərin uçuşduğu hissi yarandı- deyərək gülümsəyir. "Mənə ilk dəfə toxunduğunda isə bədənimdən gizilti keçmişdi". Özündən böyük bir insanla yaşamaq (əri ondan 13 yaş böyükdür) və hər zaman bərabər söz azadlığına sahib olmaq qəribə səslənir, amma aktrisa etiraf edir ki, bu, hər zaman asan başa gəlmir.

    "Bizim problemlərimiz var idi, lakin onları dəf edə bildik. Mən, həqiqətən də, əminəm ki, həyatda öz tayımı tapmışam. Istəmirəm, bu fikirlərim bayağı və Mişe kimi səslənsin, amma qəlbimdə elə bir hiss var ki, bir-birimiz üçün yaradılmışıq".

    2010-cu ildə cütlük evlənməyə qərar verdikdə Megan dəbdəbəli Hollivud toyundan uzaq olmaq qərarına gəldi. Onlar Havay adasında evlilik əhd-peymanı bağladılar və orada yalnız Brianm ondan öncə Vanessa Marcil ilə olan əlaqəsindən dünyaya gələn yeganə oğlu Kassius iştirak edirdi. Megan deyir ki, baş verənlər onu həddindən artıq kövrəltmişdi. Əllərini yelləyərək: "Mən hər zaman ağlayan gəlinləri məsxərəyə qoyur, onların nə üçün göz yaşı tökdüklərini anlamırdım.

    Hal-hazırda mən doğrudanmı ərə gedirəm? Və indi özüm də onlar kimi hönkürürəm", -deyir.

    Bir araya gələndən sonra cütlük baş-başa qalmağa üstünlük verir "Bəzən Malibu adalarına gedirik. Evdə qalmaq da yaxşıdır, çünki insana rahatlıq hissi bəxş edir, amma düşünürəm ki, cütlüklər cəmiyyət içinə tez-tez çıxmalıdır. Adam içində olanda onunla daha şivəkar münasibət saxlayıram, evdə isə rahatlıqda buna imkan olmur".

    Megan ana olmağı gələcək üçün planlaşdırır. "Mən iki, ya da üç uşaq anası olmaq istərdim. Ailə həyatmı sevirəm. Bu, insanların haqqımda bilmədiyi daha bir faktdır". "Həyatımda elə səviyyəyə çatmışam ki, barəmdə danışılanlara yalnız gülə bilərəm. San mətbuat istədiyini yaza bilər.

    Onların təsvir etdiyi əsl mən deyiləm. Çox ailəcanlıyam. Həyat yoldaşım ən yaxın dostumdur. Mənim barəmdə əsl həqiqət budur".

    alıntı
#26.09.2012 06:41 0 0 0