Sən Allahın Sirrinə Bax!

Son güncelleme: 26.09.2012 20:10
  • Sən Allahın Sirrinə Bax! şeri

    Nə yatmısan, qafil insan,
    Sən Allahın sirrinə bax!
    Xəlq olunduq biz torpaqdan,
    Sən Allahın sirrinə bax!

    Bizi saldı bu cahana,
    Səcdə qılmaq üçün ona,
    Bəlkə çəkir imtahana,
    Sən Allahın sirrinə bax!

    İlə verdi on iki ay,
    Dörd fəsildən ayırdı pay,
    Bunlar payız, qiş, bahar, yay,
    Sən Allahın sirrinə bax!

    Aylarıda böldü sözsüz,
    Otuz gecə, otuz gündüz,
    Gəlib keçir gör necə düz,
    Sən Allahın sirrinə bax!

    Dörd həftə verdi hər aya,
    Nədən gəldik bu dunyaya?
    Dörd ünsürü alır saya,
    Sən Allahın sirrinə bax!

    Hər nə var həftə ərzində,
    Yer üzündə, göy üzündə,
    Xəlq olunub altı gündə,
    Sən Allahın sirrinə bax!

    Ay dolanır, illər ötür,
    İnsan ömrü sona yetir,
    Kamran bundan ibrət götür
    Sən Allahın sirrinə bax!

    alıntı
#26.09.2012 08:01 0 0 0
  • emegine saglık kardeşim
#26.09.2012 08:09 0 0 0
  • Cok saolun Allah razı olsun beyendiyniz için ben teşekkür ederim
#26.09.2012 08:16 0 0 0
  • Elerine saliq cox beyendim=)
#26.09.2012 17:44 0 0 0
  • Beyendiyniz üçün men teşekkür edirem çox sağolun arkadaşım
#26.09.2012 20:10 0 0 0