Gündə dişlərini 2 dəfə fırçalamayan insanların ürək xəstəliklərinə tutulmaq riski daha çoxdur.Britaniya mətbuatının yazdığına görə, yerli alimlər 11 869 kişi və qadın arasında 8 il aparılmış araşdırmadan sonra bu qənaətə gəlib. Onlar ilk dəfə diş və ağız boşluğu gigiyenası ilə ürək problemləri arasında əlaqəni üzə çıxarıblar. Nəticədə ürək-damar xəstəliklərinə səbəb olan amillər bu sıra ilə düzülüb: siqaret, fiziki fəallığın dərəcəsi, diş həkiminin təmizkarlığı, dişlərin fırçalanması və sair
Alimlərin qənaətinə görə, dişini gündə 2 dəfə fırçalamayan şəxslərin ürək problemilə üzləşmə riski digərlərilə müqayisədə düz 70% artıqdır.