Yumurta haqqında bilmədikləriniz

Son güncelleme: 28.09.2012 17:16
  • Yumurta haqqında bilmədikləriniz

    Yumurta əvvəlki yumurta deyil

    Böyük Britaniyanın Səhiyyə Nazirliyinin mütəxəssisləri bu yaxınlarda aydınlaşdırıblar ki, toyuq yumurtası 30 il əvvələ nisbətən daha çox faydalı olub.

    Sən demə, müasir yumurtalarda daha çox vitamin və minerallar, daha az yağlar və xolesterin var. Bundan başqa, onun kalorisi də azalıb. Ən əsası isə müasir toyuqların yumurtalarında D vitamini 70 faiz daha çoxdur.

    Böyük Britaniyanın Milli Qida Fondunun nüfuzlu tibb nəşri hesab edir ki, indiyədək yumurtaya "böhtan" atılıb: "Yumurtanın ürək xəstəlikləri ilə bağlılığı barədəki mifləri dağıtmaq və onun bizim qidamızdakı qanuni yerini bərpa etməyin vaxtı çatıb. Yumurtanın balanslı rasion üçün böyük önəmi var".

    Gör bu jurnal yumurtaya nə təriflər yağdırır: "Yumurta qida maddələri ilə boldur, o, yüksəkkeyfiyyətli zülalların qiymətli mənbəyidir, özü də ziyanlı yağları və kalorini özündə az saxlayır".

    Və yaxud: "Yumurtadakı zülalın yüksək keyfiyyəti bədənin normal kütləsini saxlanmağa və ya izafi çəkini azaltmağa kömək edir. Bunun sayəsində də piylənməyə qarşı böyük rol oynayır".

    Yumurtanı necə yeməli?

    Bəs yumurtadakı xolesterin orqanizmdə hansı xolesterinə çevrilir? Bu, yumurtanı hansı ərzaqla yeməyinizdən asılıdır. Məsələn, suda bərk bişmiş soyutma yumurtanı kərə yağı ilə yedikdə, o, orqanizmdə, əsasən, "pis" xolesterinə çevrilir. Kərə yağı və yaxud kolbasa ilə bişirilən nimrə ("qlazunya" dediyimiz) də "pis" xolesterin yaradır.

    Bitki yağı ilə bişirilən qayğanaq və yaxud təkbaşına yeyilən yumurta isə qanda dəqiq olaraq pis xolesterinin konsentrasiyasını artırmır.

    Bu faktı da qeyd edək: hər insanın orqanizminin fərdi özəllikləri, maddələr mübadiləsi xüsusiyyətləri var. Elə adam ola bilər ki, qaraciyəri daha çox zərərli xolesterin və yaxud daha az faydalı xolesterin yaradır. Həmin adam köhnə məsləhətlərə qulaq asıb həftədə 2-3 yumurta ilə kifayətlənsə, daha yaxşıdır. Belə xəstəliyi olan adamlar çox da geniş yayılmayıb, 500 nəfərdən birində rast gəlinir. Risk qrupuna əsasən, valideynləri gənc yaşlarında infarkt və insult keçirənlər daxildir.

    Ümumiyyətlə, Britaniyanın qida fondu dünyanın yumurtaya son münasibətini ifadə edir. Artıq Avropanın və dünyanın tibb təşkilatları yumurta ilə qidalanmanı məhdudlaşdırmır: onu hər gün yemək olar. Sadəcə, hamının bu barədə pıçıltı ilə danışdığı bir vaxtda Böyük Britaniyada bütün dünyaya uca səslə çağırış edilib. Amerikada bu barədə ucadan danışılmasa da, bütün rəsmi məsləhətlərdən yumurtanın məhdudlaşdırılması ilə bağlı köhnə tələblər, sadəcə olaraq, çıxarılıb.

    Yumurtanın gözəllikləri

    Orta ölçülü 58 qramlıq yumurtada var:
    78 kkal;
    6,5 q yüksəkkeyfiyyətli zülal;
    demək olar ki, karbonsuzdur;
    faydalı yağlar - 2,3 q sadə doymamış yağlar və 0,9 q mürəkkəb doymamış yağlar;
    ziyanlı doymuş yağlar: 1,7 q;
    xolesterin - 227 mq;
    retinol (A vitamini)- 98 mkq;
    D vitamini -0,9 mkq;
    riboflavin (B6 vitamini)-0,24 mq;
    folat (folivi turşusu vitamini) -26 mkq;
    B12 vitamini- 1,3 mkq;
    fosfor -103 mq
    dəmir- 1,0 mq
    sink-0,7 mq
    yod- 27 mq;
    selen -6 mkq

    alıntı
#28.09.2012 17:16 0 0 0