-Deyirlər insanın daxilində onu həyatı boyu yönləndirən və dəstəkləyən 3 məni olur.
Birinci mən çox soyuqqanlıdır.Onu sənin ətrafındakı bütün insanlar görür.
İkinci bir az istidir.Onu yalnız ən yaxınların görür.Birinci və ikinci mən hər zaman öz aralarında mübahisə edir,sənin üzərində qələbə qazanmaq istəyir.Onların fikir ayrılığı səndə şübhələr yaradır.
Yalnız üçüncü mən birinci və ikinci arasında kompromis yarada bilir.Onu heç kim görmür.Bəzən heç onun varlığından özümüzün də xəbəri olmur.Amma o həmişə bizimlədir.
Amma mən onlar haqda heç nə eşitməmişəm,-nəvə dedi.
Baba gülümsədi:
-Birinci mən ağıldır.Əgər o insan üzərində qələbə qazanırsa insan soyuq və haqq hesabını bilən olur.Planla iş görür.
İkinci mən ürəkdir.Əgər o qalib gəlirsə biz sadəlövh oluruq.O zaman bizi yaralamaq və aldatmaq asan olur.
Üçüncü mən qəlbdir,ruhdur. Yalnız o insanda harmoniya yaratmağa qadirdir.
Ona görə də insan ağlı soyuq və planlı,ürəyi isti və sevgi ilə dolu,qəlbi isə sakit və hər kəsə açıq olmalıdır.